“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ Qubadlı Rayon Komitəsinin ittifaq üzvü Əzizə İsmayılovanın 65 illik yubileyi qeyd olunub

News Image

ETİHİ Qubadlı Rayon Komitəsinin ittifaq üzvü Əzizə İsmayılovanın 65 illik yubileyi qeyd olunub

65 illik yubileyiniz mübarək, Əzizə müəllimə!

ETİHİ Qubadlı Rayon Komitəsinin kollektivi adından B. Mehdiyev adına Qubadlı Şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Əzizə İsmayılovanı 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik.

Uzun illər ərzində təhsil sahəsində səmərəli pedaqoji fəaliyyətiniz və qazandığınız çoxsaylı nailiyyətlər böyük əməyinizin göstəricisidir.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!

Sumqayıtda Qubadlı rayon təhsil işçiləri üçün 5 Oktyabr – Müəllimlər Günü münasibətilə silsilə tədbirlər keçirilib

News Image

Sumqayıtda Qubadlı rayon təhsil işçiləri üçün 5 Oktyabr – Müəllimlər Günü münasibətilə silsilə tədbirlər keçirilib


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qubadlı Rayon Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Müəllimlər Günü münasibətilə rayonun müxtəlif təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

 

Tədbirlər müəllim əməyinin cəmiyyətdəki rolunun təbliği, təhsil işçilərinə diqqət və qayğının artırılması, həmçinin həmkarlar ittifaqı ilə təhsil işçiləri arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.

 

Ə. Əliyev adına Qəzyan kənd tam orta məktəbində “Zəhmətdən zəfərə: Müəllim fədakarlığı”, Ç. Quliyev adına Çardaxlı kənd tam orta məktəbində “Gələcəyi işıqlandıranlar: 5 Oktyabr görüşləri”, B. Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbində “Müəllimə dəyər və diqqətlə: Həmkarların bayram görüşləri” mövzularında tədbirlər təşkil olunub.

 

Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Mədəniyyətdən idmana: Müəllimlərlə Həmkarlar İttifaqı arasında yeni körpülər”, İ. Qayıbov adına Saray kənd tam orta məktəbində isə “Sağlam və yaradıcı müəllim: Təhsilin və Həmkarların dayağı” mövzularında görüşlər keçirilib.

 

Görüşlərdə müəllim əməyinin cəmiyyətin və gələcək nəslin formalaşmasındakı mühüm rolu vurğulanıb. Təhsil işçilərinin əmək hüquqlarının qorunması, sosial rifahının yüksəldilməsi və onların qanuni mənafelərinin müdafiəsi istiqamətində həmkarlar ittifaqının fəaliyyəti barədə məlumat verilib.

 

Tədbirlərdə müəllimlərin peşə fəaliyyətində qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların əməyinə göstərilən diqqət və qayğının əhəmiyyəti qeyd olunub.

 

Sonda ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən bütün müəllimlər təbrik edilib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulanıb.


Məktəb İlk həmkarlar ittifaqı təşkilatının sədrləri ilə görüş

News Image

Məktəb İlk həmkarlar ittifaqı təşkilatının sədrləri ilə görüş

ETİHİ Qubadlı rayon Komitəsi tərəfindən məktəb İlk həmkarlar ittifaqı təşkilatının sədrləri ilə görüş keçirildi.

Görüşdə məktəb İlk həmkarlar ittifaqı təşkilatı sədrlərinin fəaliyyət istiqamətləri, vəzifə və məsuliyyətləri, üzvlərlə iş, əməkdaşlığın gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Birlikdə daha güclü həmkarlar ittifaqı!

ETİHİ Qubadlı rayon Komitəsi


27 Sentyabr – Anım Günü ilə əlaqədar 26–27 sentyabr tarixlərində silsilə tədbirlər keçirdik

News Image

27 Sentyabr – Anım Günü ilə əlaqədar 26–27 sentyabr tarixlərində silsilə tədbirlər keçirdik

ETİHİ Qubadlı Rayon Komitəsi, Qubadlı Rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Qubadlı Rayon Təhsil Sektoru olaraq 27 Sentyabr – Anım Günü ilə əlaqədar 26–27 sentyabr tarixlərində silsilə tədbirlər keçirdik


Sumqayıt şəhər Şəhidlər Xiyabanında, Bakıda Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət etdik, onların əziz xatirəsini ehtiramla yad etdik. Eyni zamanda qazilərimizlə görüşərək onların qayğıları ilə maraqlandıq.


Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaq.


Şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə dərin hörmətimizi bildiririk.

Sumqayıtda şəhid Zamin Abbasovun ildönümü ilə əlaqədar məzarı ziyarət olunub

News Image

Sumqayıtda şəhid Zamin Abbasovun ildönümü ilə əlaqədar məzarı ziyarət olunub

  27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər çərçivəsində şəhid Abbasov Zamin Xaqani oğlunun şəhadətinin ildönümü münasibətilə Sumqayıt Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə iştirak edən şagirdlər Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramlarını ifadə ediblər.

Daha sonra şəhid ailələri və şəhid anaları ilə görüş keçirilib, onların qayğı və problemləri dinlənilib.

Tədbirdə şəhidlərin xatirəsinin daim əziz tutulmasının, onların ailələrinə diqqət və qayğının göstərilməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan xalqı Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini daim ehtiramla yad edir.


ETİHİ Qubadlı Rayon Komitəsi yubilyar həmkarlarla görüş keçirmişdir

News Image

ETİHİ Qubadlı Rayon Komitəsi yubilyar həmkarlarla görüş keçirmişdir

ETİHİ Qubadlı Rayon Komitəsi olaraq Qubadlı rayon Şükür Həmidov adına Xanlıq 3 nömrəli kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Tərlan Quliyeva və Kəmalə Seyidovanın 60 illik yubileyi münasibətilə dəyərli həmkarlarımızla bir araya gəldik.

Bu əlamətdar yaş münasibətilə yubilyar həmkarlarımızı səmimi qəlbdən təbrik etdik, onların uzun illər ərzində təhsil sahəsinə və həmkarlar hərəkatına verdikləri əməyə, zəhmətə və xidmətə görə minnətdarlığımızı bildirdik.

Əziz yubilyarlarımız, sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, könül rahatlığı və həyatınızın hər yeni yaşında bol sevinc arzulayırıq!

Yubileyiniz mübarək!

Yubilyar həmkarımızla görüş

News Image

Yubilyar həmkarımızla görüş

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Faiq Qasımov adına Mahmudlu kənd tam orta məktəbin kitabxana müdiri Mirimova Aybəniz Osman qızının 60 illik yubileyi qeyd olunmuşdur.

Aybəniz müəllimi yubiley münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri fərman, gül dəstəsi və mükafat təqdim olunmuşdur.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ Qubadlı Rayon Komitəsinin ittifaq üzvü Elmira İmaməliyevanın 65 illik yubileyi qeyd olunub

News Image

ETİHİ Qubadlı Rayon Komitəsinin ittifaq üzvü Elmira İmaməliyevanın 65 illik yubileyi qeyd olunub

ETİHİ Qubadlı Rayon Komitəsinin ittifaq üzvü Elmira İmaməliyevanın 65 illik yubileyi qeyd olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı(ETİHİ) Qubadlı Rayon Komitəsinin təşkilatçılığı ilə Qubadlı Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin müəllimi Elmira İmaməliyevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Elmira İmaməliyevanın uzun illər ərzində təhsil sahəsində səmərəli pedaqoji fəaliyyəti, gənc nəslin tərlim-tərbiyəsində göstərdiyi xidmətlər və kollektivdə qazandığı nüfuzdan bəhs ediblər. Bildirilib ki, o peşəkar fəaliyyəti və müəllim adına layiq xidmətləri ilə həmkarlarının rəğbətini qazanıb. Yubiley münasibətilə Elmira İmaməliyeva təbrik olunaraq ona möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulanıb.

Sonda yubilyara ETİHİ Qubadlı Rayon Komitəsinin Fəxri fərmanı, gül dəstəsi və mükafat təqdim edilib.

“Zəfərin gəncləri – Qubadlıdan zirvəyə”

News Image

“Zəfərin gəncləri – Qubadlıdan zirvəyə”

 “Zəfərin gəncləri – Qubadlıdan zirvəyə”

  07.09.2026-cı il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Qubadlı Rayon İcra Hakimiyyətinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Qubadlı rayonu üzrə Təhsil Sektorunun və ETİHİ Qubadlı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 600-dən yüksək bal toplayan məzunlarla və şəhid Sirac Abışovun bu il birinci sinifə qədəm qoyacaq övladı ilə görüş keçirilib.

  Görüşdə məzunlar, onların valideynləri, müəllimlər və məktəb rəhbərləri iştirak ediblər.

  Tədbirdə məzunların qazandığı uğurlar qeyd olunub, gənclər və onların müəllimləri təbrik edilib. Vurğulanıb ki, bu gün işğaldan azad edilmiş Qubadlının yenidən qurulması və gələcək inkişafında bilikli, savadlı və vətənpərvər gənclərimizin üzərinə böyük məsuliyyət düşür, rayonumuzda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yanaşı, gənclərimizin təhsil uğurları da rayonumuzun parlaq gələcəyinin möhkəm təməlidir.

 Sonda 600-dən yüksək bal toplayan məzunlara hədiyyələr təqdim olunub.


ETİHİ Qubadlı Rayon Komitəsinin ittifaq üzvü Nazlı Məmmədovanın 60 illik yubileyi qeyd olunub

News Image

ETİHİ Qubadlı Rayon Komitəsinin ittifaq üzvü Nazlı Məmmədovanın 60 illik yubileyi qeyd olunub

ETİHİ Qubadlı Rayon Komitəsinin ittifaq üzvü Nazlı Məmmədovanın 60 illik yubileyi qeyd olunub 


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qubadlı Rayon Komitəsinin təşkilatçılığı ilə Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin müəllimi Nazlı Məmmədovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Nazlı Məmmədovanın uzun illər ərzində təhsil sahəsində səmərəli pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və kollektivdə qazandığı nüfuzdan bəhs ediblər. Bildirilib ki, o, peşəkar fəaliyyəti və müəllim adına layiq xidmətləri ilə həmkarlarının rəğbətini qazanıb.Yubiley münasibətilə Nazlı Məmmədova təbrik olunaraq ona möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulanıb.

Sonda yubilyara ETİHİ Qubadlı Rayon Komitəsinin Fəxri fərmanı, gül dəstəsi və xatirə hədiyyəsi təqdim edilib.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.